...

Bakıda 113 sərnişin avtobusunun hərəkət intervalında gecikmələr yarandı

Cəmiyyət Materials 12 Sentyabr 2022 09:14 (UTC +04:00)
Bakıda 113  sərnişin avtobusunun hərəkət intervalında gecikmələr yarandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 40 marşrut üzrə hərəkət edən avtobusların hərəkətinə problem yaranıb.

Bakı Nəqliyyat Agentliyinin Vahid Dispetçer Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər pik saatlarında paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 40 müntəzəm marşrut xətti üzrə 113 avtobusun hərəkət intervalında gecikmələr var.

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 10-12 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur

4. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13 -15 dəqiqə gecikmə müşahidə olunur.

5.Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

6.Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti