...

Təkrar əlillik təyin olunmuş 17 minə yaxın şəxsə 9,2 milyon manat ödənilib

Cəmiyyət Materials 12 Sentyabr 2022 11:21 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin dövr üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir cari ildə 16,7 min şəxsi əhatə edib.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 9,2 mln. manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti