Bakı. Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli, idarə heyətinin üzvləri və Gənc MÜSİAD Azərbaycan sədri Tural Süleymanlı İnnovasiya Mərkəzini ziyarət edib.
Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.
Qeyd edilib ki, ziyarət zamanı mərkəzin faəliyyətləri haqqında məlumat verilib və əməkdaşlıq ediləcək sahələr dəqiqləşdirilib. Həmçinin, gələcəkdə həyata keçiriləcək ilk ortaq layihə haqqında müzakirələr aparılıb.
Daha sonra "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və "Bilim Bakı" mərkəzi ziyarət edilərək oradakı laboratoriyalar, sinif otaqları və iş sistemlərinə baxış keçirilib.
Qeyd edək ki, daha əvvəl MÜSİAD Azərbaycanda İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və "Bilim Bakı"nın rəhbəri Yusuf Polat, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və idarə heyətinin üzvləri arasında görüş keçirilib. Görüş zamanı MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycan, "Asan xidmət"in İnnovasiya Mərkəzi və "Bilim Bakı" arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.