Bakı. Trend:
Korporativ Sosial Məsuliyyəti ilə daim seçilən və fəaliyyəti ilə ölkədə sahibkarlığın inkişafına töhfə verən Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində aktiv dəstəyini davam etdirir. Bank bu dəfə daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirdi.
Bank nümayəndələri tekstil məhsulları istehsalı üzrə şəxsi
biznesini qurmaq istəyən Xavər Əhmədovaya lazım olanavadanlıqları
təqdim etdilər. Digər qadın sahibkarlardan biri Lalə Həmzəyeva isə
kiçik naxış vurma paketi ilə təmin edildi. Beləliklə, ölkədə qadın
sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini
verməyə davam edir.
Dəstək göstərilən digər vətəndaş Röyal Adıgözəlov kiçik foto atelye
üçün lazım olan avadanlıq və materiallarla təmin olundu. Layihə
çərçivəsində şəhid ailələri, qazilər və Vətən müharibəsi
iştirakçılarına dəstəyi əsas sayan Yelo Bank Vətən müharibəsinin
iştirakçısı Elvin Həsənova da dəstək oldu. Belə ki, Elvin bəyə
kiçik foto atelye biznesinin qurulması üçün avadanlıqlar təqdim
olundu.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar
Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata
keçirilir. Proqrama ilk qoşulanlardan olan Yelo Bank indiyədək Bakı
ilə yanaşı, ölkənin əksər regionlarında çox sayda fiziki
məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə
müxtəlif sahələr üzrə aktivlər təqdim edib. Bank gələcəkdə də bu
layihənin keçirilməsinə öz dəstəyini davam etdirəcək.
Bank xidmətləri, o cümlədən, online
kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram və ya
Whatsapp hesablarımıza
yazın.
Yelo Bank – Parlaq bankçılıq!