...

Bakı-Sumqayıt yolunda sıxlığı aradan qaldırmaq üçün yeni geri dönmə hissə yaradılır (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2022 09:13 (UTC +04:00)

Bakı. Trend:

Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.

Bunun üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən lazımi sayda qüvvə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti