Gəncə. Trend:
Həmin gecəni dəhşətlə xatırlayıram.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında Gəncə terroru zamanı zərərçəkən Zəminə Cəfərova bildirib.
O bildirib ki, hadisənin təsirindən hələ də çıxa bilmir.
"Ermənilərin mülki əhalini atəşə tutmasına baxmayaraq, biz qaçmadıq. Dəhşətli anlar yaşasaq da, əzizlərimizi itirsək də cəbhədə qazandığımız qələbələrin xəbəri bizi ruhdan düşməyə qoymadı",- deyə o qeyd edib.
Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumundan iki il ötür. Bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.