...

Bu il 94 minə yaxın doğum qeydiyyata alınıb

Cəmiyyət Materials 20 Oktyabr 2022 12:30 (UTC +04:00)
Bu il 94 minə yaxın doğum qeydiyyata alınıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən ölkə ərazisində 93 min 685 doğum qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «Cəмiyyətin və vətəndаş мünаsibətlərinin inкişаfı» Ictimаi Birliyinin həyata keçirdiyi “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, bu müddət ərzində 45 min 313 nigah, 46 min 359 ölüm qeydə alınıb.

2022-ci ilin 9 ayı üzrə həmçinin qeydə alınan vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatının sayı 213 min 606 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti