...

Cəbrayılda təbiətə buraxılan ceyranların hansı təhlükələrlə üzləşə bilərlər? - Nazir müavini AÇIQLADI

Cəmiyyət Materials 21 Oktyabr 2022 17:46 (UTC +04:00)
Cəbrayılda təbiətə buraxılan ceyranların hansı təhlükələrlə üzləşə bilərlər? - Nazir müavini AÇIQLADI
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayıl rayonunda təbiətə buraxılan ceyranların üç əsas təhlükə mənbəyi ilə üzləşmə ehtimalı ola bilər.

Bunu bu gün Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini qeyd edib ki, bunlar yem bazasının çatışmaması, yırtıcı heyvanlar və mina təhlükəsidir.

“Amma ceyranların buraxıldığı ərazi həm kifayət qədər böyükdür, həm də Şirvan Milli Parkının təbii iqlim şəraitinə uyğun yerlər seçildiyindən yem bazası ilə bağlı hər hansı bir problem yoxdur. Onların yem bazası kifayət qədərdir. Şirvan Milli Parkında olduğu kimi, Cəbrayıl rayonunda da onlar üçün təhlükə mənbəyi olan yırtıcılar canavar, çaqqal və tülküdür. Digər Milli Parklarda olduğu kimi, burada da ceyranların yırtıcıların hədəfinə çevrilmə ehtimalı nisbətən azdır. Çünki ceyranlar kifayət qədər sürətlə qaça bildiyindən həmin yırtıcıların onların sürətinə çata bilməsi qeyri-mümkündür. Yırtıcıların qurbanı daha çox xəstə, yaralanmış ceyranlar olur. Mina təhlükəsinə gəldikdə isə seçilmiş ərazi mina riski baxımından daha təhlükəsizdir. Çünki həmin ərazinin böyük bir hissəsi minalardan təmizlənib. Bununla yanaşı, ceyranlar çəkicə yüngül heyvanlar olduğundan, həmçinin ayaq ölçülərinin kiçik olması səbəbindən pəncəli heyvanlara nisbətən minaya düşmə təhlükələri çox azdır", - V.Kərimov deyib.

Onun sözlərinə görə, gələcəkdə ceyranların kütləvi yaşayış yerlərinin xüsusi mühafizə olunan təbiət ərazilərinə çevrilməsi nəzərdə tutulub. Bu addım reintroduksiya olunan ceyranları qorumaq, onların tarixi areallarında bərpasına kömək etmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti