...

ADA Universiteti va "Huma quşu" Təhsilə yardım fondunun birgə təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2022 19:01 (UTC +04:00)
ADA Universiteti va "Huma quşu" Təhsilə yardım fondunun birgə təqdimat mərasimi keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti va "Huma quşu" Təhsilə yardım fondunun birgə təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, eləcə də media iştirak edib.

Sözügedən Fond Qırmızı Xaç Komitəsinin əməkdaşı, Komitə xətti ilə Kolumbiyanin Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə hayatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq va humanitar faaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb.

Tədbirə ev sahibliyi edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya institutunun direktoru professor Fariz İsmayılzadə Fondun va ADA Universitetinin təhsil və xeyriyyəçilik sahəsində hədəflərinin kəsişmə nöqtələrindən danışıb.

Eyni zamanda Humay haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib.

Tədbirdə bir sıra tələbəyə təqaüd ayrıldığı da vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti