...

Televiziya və radiolarda aparılmış monitorinqlər göstərdi ki, vəziyyət qənaətbəxşdir - Sevinc Əliyeva

Cəmiyyət Materials 25 Noyabr 2022 11:48 (UTC +04:00)
Televiziya və radiolarda aparılmış monitorinqlər göstərdi ki, vəziyyət qənaətbəxşdir - Sevinc Əliyeva

Bakı. Trend:

Televiziya və radiolarda aparılmış monitorinqlər göstərdi ki, vəziyyət qənaətbəxşdir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva deyib.

O bildirib ki, artıq aşkarlanan qüsurlar aradan qaldırılır:

"İndi səhvlər daha az müşahidə olunur. Bu da mükəmməl dilimizdə danışmaq istəyimizdən irəli gəlir".

Sevinc Əliyeva inzibati tədbirlərin tətbiq olunub-olunmayacağı məsələsinə də aydınlıq gətirib:

“Biz hər şeyin əlacını cəza ilə müəyyənləşdirməməliyik. Əvvəlcə tövsiyə və təkliflərimizi veririk. Arzulayırıq ki, gələn monitorinqlərdə qüsurlar olmasın. Biz də cəzaya əl atmayaq və vəsatət qaldırmayaq".

Xəbər lenti

Xəbər lenti