...

Şəkidə 100-dən çox şəhid ailəsi və qazi tibbi müayinədən keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2022 15:08 (UTC +04:00)
Şəkidə 100-dən çox şəhid ailəsi və qazi tibbi müayinədən keçirilib (FOTO)

Bakı. Trend:

Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları şəhid ailələri ve qazilər üçün tibbi aksiyalar aparılmasını davam edir.

İnstitutdan Trend-ə verilən məlumata görə, noyabrın 26- da Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və təşəbbüsü ilə Şəki Rayon Mərkəzi xəstəxanasında qeyd edilən növbəti tibbi aksiya keçirilib. Tədbir Səhiyyə Nazirliyi, İTS, TƏBİB, Şəki Icra Hakımıyyəti, Şekı Rayon Mərkəzi xəstəxanasının dəstəyi ilə keçirilib.

Tədbir zamanı Şekı rayonundan 100-dən artıq şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçıları tibbi müayinələrdən keçirilib.

ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşova bildirib ki, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib və ETKI əməkdaşları bu aksıyaları davam etdirəcək.

Eyni zamanda xəstəxananın akt zalında həkimlər üçün elmi-praktik seminar keçirilib.

Aksiya “World Medicine” dərman şirkətinin dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti