...

Nardaran məktəbliləri ADPU-nun qonağı olub (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2022 11:02 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 30-da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 130 nömrəli tam orta məktəbin 40 nəfər şagirdi Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) ekskursiya ediblər. Ziyarət Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin (GRQM İB) ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir. Layihə çərçivəsində Bakıətrafı məktəblərin şagirdlərinin ADPU-ya silsilə səfərləri təşkil olunur.

Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, GRQM İB-nin sədri Məleykə Əlizadə, gender və siyasiməsələlər üzrə ekspert Vüsalə Hüseynli, 130 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova, uşaq birliyinin sədri Təhminə Novruzova, müəllimlər və valideynlər iştirak ediblər.

Şagirdlər universitetin Heydər Əliyev Muzeyi, “Zəfər” stendi, müasir Kitabxana-İnformasiya Mərkəzi və tədris auditoriyalarında olublar.

Sonda çay süfrəsi ətafında şagirdlərlə səmimi söhbət edilib. Onların təhsil ehtiyacları ilə bağlı ADPU-nun tələbə təşkilatlarının könüllüləri tərəfindən dəstək proqramının icrası müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti