...

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığılır? (VİDEO)

Cəmiyyət Materials 1 Dekabr 2022 15:17 (UTC +04:00)
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığılır? (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığılması ilə bağlı iddialar əks olunub.

Trend-in məlumatına görə, bu gün bu barədə sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyd edilir.

Yayılan videogörüntüdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir.

Məsələ ilə bağlı TƏBİB bu gün Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti