...

NARGIS nəşriyyat evi NARGIS CITY adlı yeni sərgisini təqdim edir

Cəmiyyət Materials 4 Dekabr 2022 16:18 (UTC +04:00)
NARGIS nəşriyyat evi NARGIS CITY adlı yeni sərgisini təqdim edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Dekabrın 5-də Port Baku Mall ticarət mərkəzində zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin açılışı baş tutacaq.

NARGIS nəşriyyat evi həm Azərbaycanda, həm də xaricdə irimiqyaslı sərgilər təşkil edir. Bu il zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin açılışı NARGIS jurnalının onuncu ildönümünə təsadüf edir. Layihənin ideyası NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmuda məxsusdur.

Layihənin məqsədi yeni il ərəfəsində həm uşaqlara, həm də böyüklərə xoş əhval-ruhiyyə bəxş etməkdir. Zəncəfil şirniyyatlarından hazırlanan ekspozisiyasını ziyarət edən qonaqlar nağıl şəhərciyinin gözəlliyindən həzz almaq imkanı əldə edəcəklər.

Hər həftə sərgini məktəb və lisey şagirdləri, uşaq evlərinin sakinləri ziyarət edəcək.

NARGIS CITY-də Bakının əsas görməli yerləri ilə yanaşı liman, metro, dəmir yolu, bank, məktəb, biznes mərkəzi və digər obyektlər yerini tutacaq. Zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin yaradılmasında ölkənin ən istedadlı şirniyyatçıları iştirak edir.

NARGIS komandası Mastercard şirkətinə, Bakı Limanına, “Azərbaycan Dəmir Yolları” QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, ABB, Chenot Palace Gabala otelinə, Coca-Cola Azərbaycan, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, Azerbaijan Marine and Engineering Consultants LLC, Veysəloğlu, Referans Medical Group şirkətlərinə, Oxbridge Akademiyasına, Yango şirkətinə, ALOE Pharm and Beauty apteklər şəbəkəsinə, Megastore Supermarketlər şəbəkəsinə, Bakı Nəqliyyat Agentliyinə, Peugeot Azərbaycan şirkətinə, “Bakı Metropoliteni” QSC-yə, Baku Roses şirkətinə verdiyi dəstəyə görə öz minnətdarlığını bildirir.

Bu genişmiqyaslı layihənin həyata keçirilməsində və şəhərin planının formalaşmasında əvəzsiz yardım göstərən və tədbirə hazırlıq zamanı daim bizə məsləhət verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xüsusilə qeyd etmək istərdik.

Sərginin keçirilməsi üçün məkan ayırdığına görə Port Baku Mall ticarət mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk.
Ekspozisiyada təqdim olunan QR kodlarının vasitəsilə partnyorlarımızın internet saytına daxil olaraq onlar haqqında məlumat əldə etmək olar.

Sərgi 15 yanvar 2023-ci il tarixinədək davam edəcək. Giriş sərbəstdir.

Xəbər lenti

Xəbər lenti