...

Azərbaycanda bəzi dərman vasitələrinin tapılmaması həm xəstələr, həm həkimlər üçün narahalıq yaradır - Rəşad Mahmudov

Cəmiyyət Materials 6 Dekabr 2022 11:08 (UTC +04:00)
Azərbaycanda bəzi dərman vasitələrinin tapılmaması həm xəstələr, həm həkimlər üçün narahalıq yaradır - Rəşad Mahmudov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bəzi dərman vasitələrinin tapılmaması həm xəstələr, həm həkimlər üçün narahatlıq yaradır.

Trend-in məlumatına görə, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, dərman qıtlığı təcili tədbirlər görülməsini zəruri edir. “Dərman qıtlığının başlıca 3 səbəb var, bunlardan ikisi beynəlxalq, biri isə daxili amildir. Birinci problem pandemiyanın dünya üçün yaratdığı sıxıntılar, istehsal zəncirinin qırısılması, logistika xərclərinin yüskək səviyyəyə çatması, ikinci məsələ Rusiya-Ukrayna müharibəsi, bu ölkələrdən dərmanların gətirilməsindəki problemlərdir. Üçüncü vacib məsələ isə qiymət tənzimlənməsidir. Yuxarıda sadalanan səbəblərə görə dərman qiymətlərində artım baş verib. Dərman gətirən özəl şirkətlər isə özləri qiyməti qaldıra bilmədikləri üçün onları ölkəyə gətirməyə tərəddüd edirlər. Hesab edirəm ki, dərman qiymətlərinin tənzimlənməsinə ehtiyac var”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti