Bakı. Trend:
Yelo Bank-ın dəstəyi ilə daha bir uğurlu layihə həyata
keçirildi. Ölkənin ilk və yeganə qadın bankçılar platforması olan
“Women Bankers’ Club”-ın (WBC) uzunmüddətli fasilədən sonra ilk
böyük görüşü Bankın tədbir zalında baş tutdu. "Rəqəmsal eranın
liderləri" mövzulu tədbir iki paneldən ibarət idi. Hər panel öz
sahəsinin peşəkarı olan üç spiker və bir moderatoru əhatə edirdi.
Spikerlərin arasında Yelo Bank-ın İdarə Heyətinin sədr müavini
Günay Cəlilova, Horizon Next Şirkətinin təsisçisi - Rəşid Əliyev,
transformasiyalar üzrə ekspert, Geştalt Kouç - Sevda Əliyeva, PAŞA
Bank-ın Texnologiya blokunun baş direktoru – Vüsal Xəlilov, Kapital
Bank-ın İR departamentinin direktoru – Fərqanə Məmmədova, eGov
İnkişaf Mərkəzinin direktoru – Fariz Cəfərov yer almışdı. Spikerlər
Rəqəmsal transformasiyada liderlərin rolu, onların meta
bacarıqları, yeni iş yerləri, rəqəmsal idarəetmə və s. mövzuda
təqdimatlar edib, iştirakçıların suallarını cavablandırdılar. Yelo
Bank ölkənin maliyyə sektorunun inkişafı istiqamətində həyata
keçirilən tədbirlərin aktiv iştirakçısı və təşəbbüskarıdır. Bir
sıra mühüm təhsil və karyera layihələrinə dəstəkçi olmaqla yanaşı,
Bank həm də Baş ofisinin 400 nəfərlik zalı ilə müxtəlif tədbirlərə
ev sahibliyi edib.
Qeyd edək ki, WBC faydalı məlumatları, öz uğur hekəyalərini
bölüşməyə, təlimlər, master-klaslar, eləcə də təhsil layihələrini
həyata keçirməyə imkan yaradan bir platformadır. Klubun üzvləri
yuxarı, orta və kiçik menecer kimi fəaliyyət göstərən qadın
bankçılardır. Klubun formatı həmçinin maraqlı məruzəçilərlə əyləncə
tədbirlərinin təşkilini də əhatə edir.
Bank xidmətləri, eləcə də ƏDV geri al (https://www.yelo.az/az/individuals/online-services/edv-geri-al/)
haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!