...

ADPU-nun fakültələrinə yeni dekanlar seçilib (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2022 15:51 (UTC +04:00)

Bakı. Trend:

19-23 dekabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika, Kimya və biologiya, İncəsənət və fiziki tərbiyə və İbtidai təhsil fakültələrində səlahiyyət müddəti başa çatmış dekanların yerinə yeni seçkilər keçirilib.

Seçkilərlə bağlı prosedura uyğun olaraq ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovun sədrliyi ilə hər bir fakültədə fakültələrin ümumi iclasları keçirilib.

Ümumi iclaslarda dekanlığa namizədlərin platformaları dinlənildikdən sonra, müzakirələr aparılıb. Daha sonra gizli səsvermələrin təşkili üçün Hesablayıcı Komissiyalar formalaşdırılıb. Keçirilən gizli səsvermələrin nəticələrinə əsasən, Fizika fakültəsində sonuncu dekan dosent Arzu Daşdəmirov, Kimya və biologiya fakültəsində Ümumi kimya və kimyann tədrisi texnologiyası kafedrasının müdiri k.ü.f.d., dosent Reyhan Ağayeva, İncəsənət və fiziki tərbiyə fakültəsində Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi texnologiyası kafedrasının müdiri s.ü.f.d. Anar Fərmayılov, İbtidai təhsil fakültəsinə isə Pedaqoji psixologiya kafedrasının mediri psix.e.d., professor Qızxanım Qəhrəmanova növbəti 5 il üçün dekan vəzifəsinə seçiliblər.

Qeyd edək ki, yeni seçilən dekanlar öz platformalarına uyğun olaraq, qarşıdakı 5 illik üçün fakültənin fəaliyyət strategiyasını hazırlayaraq həyata keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti