...

Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib

Cəmiyyət Materials 28 Dekabr 2022 20:43 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Rəşad İsmayılovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin".

Xəbər lenti

Xəbər lenti