Bakı. Trend
Cari ildə yaşıllıqların götürülməsinə dair agentliyə 704 müraciət daxil olub.
Trend xəbər verir ki, bunu bu gün mətuat konfransında Dövlət Ekoloji Ekspertiza Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov deyib.
Onun sözlərinə görə, həmin dövrdə yaşıllıqların toxunulmaz qalması və digər məsələlərlə əlaqədar vətəndaşlara və təşkilatlara 1532 məktub göndərilib:
"İl ərzində 221 vətəndaş yaşıllıqların budanması və aradan qaldırılması üçün müraciət edib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə avtomobil və dəmir yollarının çəkilməsi ilə bağlı yaşıllıqların götürülməsi barədə müraciət olunub və bunun əsasında rəy verilib", - deyə şöbə müdiri bildirib.