...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi şəhid övladları üçün Yeni il şənliyi təşkil edib (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2022 15:44 (UTC +04:00)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid övladları üçün şənlik keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, şənlikdə uşaqların əylənməsi üçün müxtəlif oyunlar təşkil olunub, maraqlı səhnəciklər nümayiş etdirilib.

Sonda şəhid övladlarına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti