Bakı. Trend:
2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyatçılar 1 milyard 466,2 milyon sərnişinə xidmət göstəriblər.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin 86,8 faizi avtomobil nəqliyyatı, 12,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 272,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.