Bakı. Trend:
Qar yağışı müşahidə edilən Respublikanın bütün yollarında DYP əməkdaşlarının müşayiəti və təhlükəsizlik tədbirlərini təmin etməsi ilə paralel olaraq aidiyyatı qurumlar tərəfindən yolların qardan təmizlənməsi və qumlanması işi həyata keçirilir.
Trend-in məlumatına görə, paytaxt ərazisində və digər bölgələrdə bu işə çoxsaylı texnika və şəxsi heyət cəlb edilib.
Yolların açılması istiqamətində işlər fasiləsiz davam etdirilir.