Bakı. Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Sərdar Səfərov vəzifəsindən azad edilərək Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, general-mayor Oqtay Kərimov bir müddət əvvəl tutduğu vəzifədən azad olunaraq daxili işlər nazirinin müavini təyin edilib.