...

Ötən il 222 nəfərə fəlsəfə doktoru, 24 nəfərə elmlər doktoru dərəcəsi verilməsindən imtina edilib

Cəmiyyət Materials 17 Yanvar 2023 13:20 (UTC +04:00)
Ötən il 222 nəfərə fəlsəfə doktoru, 24 nəfərə elmlər doktoru dərəcəsi verilməsindən imtina edilib

Bakı. Trend:

Ötən il 432 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 222 nəfərə bu dərəcənin verilməsindən imtina edilib.

Ali Attestasiya Komissiyasından Trend-ə verilən məlumata görə, 84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 24 nəfərə bu dərəcənin verilməsindən imtina olunub.

200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. 29 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub.

Nostrifikasiya və təkrar attestasiyaya gəlincə, 27 nəfərə fəlsəfə doktoru, 2 nəfərə elmlər doktoru, 1 nəfərə dosent elmi dərəcəsi verilib. 7 nəfərə dəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru dərəcəsi verilməsindən imtina olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti