...

Şuşaya səfər edənlərin sayı 17 mini keçib

Cəmiyyət Materials 24 Yanvar 2023 14:48 (UTC +04:00)
Şuşaya səfər edənlərin sayı 17 mini keçib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa və Ağdama müntəzəm avtobus marşrutunun təşkilindən bir il ötür.

Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Bu günə qədər müntəzəm avtobus marşrutları ilə Şuşa şəhərinə və Ağdam rayonuna 506 reys həyata keçirilib, 21 015 nəfər həmin yerləri ziyarət edib.

Məlumata görə, Şuşaya 17 021 sərnişin səfər edib. Onlardan 11 905 nəfər Bakı-Şuşa-Bakı, 5 116 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 3 994 sərnişin səfər edib. Onlardan 2 013 nəfər Bakı-Ağdam-Bakı,1 981 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti