...

İstehlaka yararsız qida məhsulları məhv edilib

Cəmiyyət Materials 26 Yanvar 2023 12:22 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, “AZ FP CO LTD” MMC tərəfindən Agentliyə daxil olan müraciət əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 73 adda, 13,1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti