...

İctimai nəqliyyatda qiymət dəyişikliyi xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

Cəmiyyət Materials 1 Fevral 2023 15:40 (UTC +04:00)
İctimai nəqliyyatda qiymət dəyişikliyi xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

Bakı. Trend:

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə əsasən ictimai nəqliyyatda gedişhaqqlarının, o cümlədən, bəzi dərman vasitələrinin qiymətində dəyişiklik qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəlsilməsinə xidmət edəcək.

Azərbaycanda ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılması, o cümlədən, avtobus parkının yenilənməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Məlumdur ki, son illərdə Bakıda ictimai nəqliyyatda istifadə edilən avtobusların böyük əksəriyyəti müasir, rahat və Avropa standartlarına cavab verən yüksəkkeyfiyyətli avtobuslarla əvəz olunub və bu istiqamətdə işlər davam etdirilməkdədir.

Eyni zamanda, yeni avtobus nəqliyyat mübadilə mərkəzləri yaradılıb, yeni marşurut xətləri açılıb ki, bu da sərnişinlərin, xüsusilə, Bakıətrafı ərazilərdə yaşayan vətəndaşların ictimai nəqliyyata əlçatanlığını xeyli yaxşılaşdırıb, xidmət keyfiyyətini yüksəldib. Belə ki, son 7 il ərzində Azərbaycana 1466 avtobus gətirilib ki, bu da avtobus parkının 61% yenilənməsi deməkdir. Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla ümumilikdə 255 ədəd avtobus gətirilib.

Hazırda 177 marşrut xətti üzrə xidmət göstərilir, onlardan 40%-i şəhərdaxili, 60%-i şəhərətrafı marşrut xətləridir. 2022-ci ildə Bakı şəhərində, Bakı ətrafı qəsəbə və kəndlərdə 8 yeni müntəzəm marşrut xətti yaradılıb, bu yeni xətlər ilə gündəlik orta hesabla 23 mindən artıq sərnişin daşınır.

Son 7 ildə 1215 dayanacaq məntəqəsi təşkil olunub. Yalnız 2022-ci il ərzində 4-ü smart tipli pavilyon olmaqla, ümumilikdə, 278 yeni avtobus dayanacaq məntəqəsi qurulub.

2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50%-də, avtobusların isə 64%-də nağdsız ödəmə sistemi tətbiq olunub.

Yuxarıda qeyd olunduğu kimi, bu tədbirlərin məqsədi vətəndaşalara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsidir. Əlbəttə ki, bu işlərin görülməsi böyük məbləğdə investisiyalar tələb edir, xüsusən də nəzərə alsaq ki, ictimai nəqliyyatda xidmət payının əhəmiyyətli hissəsi özəl sektorun üzərində düşür. Bu baxımdan, qiymət dəyişikliyi zərurətdən irəli gəlir və vətəndaşların sosial rifahına ciddi təsir etməyəcək formada həyata keçirilib.

Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti