...

Bakıda bu küçələrin kəsişməsində yol hərəkətinin təşkili dəyişib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2023 17:28 (UTC +04:00)
Bakıda bu küçələrin kəsişməsində yol hərəkətinin təşkili dəyişib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) yol hərəkətinin təşkilində dəyişiklik həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, hərəkəti buraxma qabiliyyətinin artırılması məqsədilə kəsişmədə dairəvi hərəkət ləğv olunub, svetofor obyektləri vasitəsilə nizamlanan yolayrıcı təşkil edilib. Həyata keçirilən dəyişiklikdən sonra tunel istiqamətindən gələrək Heydər Əliyev prospekti və Ulduz metrostansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri kəsişmədən sağa, Volodarski küçəsinə dönərək yeni inşa olunan geriyə dönmə yerinə yönəlməlidirlər.

Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri isə Xəlili Rza Ulutürk küçəsinə daxil olmaq üçün tunelin üzərindəki geriyə dönmə yerindən istifadə edə bilərlər. Layihə çərçivəsində bütün istiqamətlər üzrə nizamlanan eynisəviyyəli piyada keçidləri də təşkil edilib ki, nəticədə piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

"Qeyd edilənləri nəzərə alaraq, hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına və yeni təşkil edilmiş yol nişanlarının, nişanlanma xətlərinin tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti