...

Türkiyədəki zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur - Qurban Yetirmişli

Cəmiyyət Materials 6 Fevral 2023 09:30 (UTC +04:00)
Türkiyədəki zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur - Qurban Yetirmişli
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türkiyədə güclü zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlər və yaralananlar var.

Qardaş ölkədə baş verən hadisə ilə bağlı ölkəmizdə də narahatlıq var. Belə ki, ölkəmizdə bir sıra vətəndaşlar düşünür ki, Türkiyədə baş verən dəhşətli zəlzələ ölkəmizdə də baş verə bilər.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bildirib ki, zəlzələ qeydə alınan yer Azərbaycandan kifayət qədər uzaqdır, yəni bu hadisə ölkəmizin seysmogen ocaqlarına təsir edib oyada bilməz.

"Türkiyədə baş verən güclü zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur. Hər gün ölkəmizdə yeraltı təkanlar qeydə alınır. Bu, təbii prosesdir. Lakin təkanların çoxu hiss olunmur. Azərbaycanda güclü zəlzələ gözlənilmir”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti