...

Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı müraciət edib

Cəmiyyət Materials 9 Fevral 2023 22:52 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı müraciət edib

Bakı. Trend:

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə ölkəmizdə ictimai yardım kampaniyası davam edir. Vətəndaşlarımız könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım məntəqəsinə çatdırırlar.

Gənclər və İdman Nazirliyindən Trend-ə bildirilib ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur.

Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsi ilə məşğul olur, tırlara yığılaraq göndərilməsini təmin edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti