...

“Həkimlərimizi tanıyın!” rubrikası Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-infeksionisti Mədinə Abdullayevanı təqdim edir

Cəmiyyət Materials 15 Fevral 2023 10:12 (UTC +04:00)

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikası Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-infeksionisti Mədinə Abdullayevanı təqdim edir.

Dr.Mədinə Abdullayeva Mərkəzi Gömrük Hospitalında infeksion xəstəliklər, klinik mikrobiologiya, göbələk infeksiyaları, diabetik pəncə, virus hepatitləri, febril neytropeniya, transplant infeksiyaları, vərəm, səbəbi bilinməyən qızdırma, bruselyoz, leyşmaniyoz, parazitar xəstəliklər, protez infeksiyaları kimi xəstəliklərin müalicəsi ilə məşğul olur.

Dr.Mədinə Abdullayeva 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmişdir. 2001-2002-ci illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kardiologiya ixtisası üzrə internatura keçmişdir. 2012-2017-ci illərdə Dokuz Eylül Universitetində Yoluxucu xəstəliklər və klinik mikrobiologiya şöbəsində yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanlıq təhsili almışdır.

Mədinə həkim 2017-2021-ci illərdə Özəl Ege Şəhər Xəstəxanasında İnfeksion xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı REACT C19 konsultant-həkim və İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəsssisi kimi çalışmışdır. Dr.Mədinə Abdullayeva 2021-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-infeksionist olaraq fəaliyyət göstərir.

Mədinə həkim 2017-ci ildə Türkiyədə “Veyl xəstəliyi: anamnez və erkən müalicənin əhəmiyyəti" mövzusunda keçirilən 18-ci Türk Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində, 2018-ci ildə Türkiyədə “Xroniki hepatit B ilə qaraciyər zədələnməsi və HBV DNT səviyyəsinin Golgi protein 73 ifadəsi ilə əlaqələri” mövzusunda keçirilən 19-cu Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində, 2019-cu ildə Türkiyədə “Xroniki hepatit B ilə qaraciyər zədələnməsi və HBV DNT səviyyəsinin HBsAg ifadəsi ilə qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən XX Türk Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində, 2021-ci ildə Türkiyənin Ankara şəhərində Türkiyə Xəstəxana İnfeksiyalara Nəzarət Dərnəyi tərəfindən təşkil olunmuş “Xəstəxana İnfeksiyaları” Beynəlxalq Konqresində, 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak etmişdir.

Mədinə həkim Türkiyə Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyəti, Türkiyə İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyəti, Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyəti, Amerika İnfeksion Xəstəliklər Cəmiyyətinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:. https://customshospital.az/aynur-sefiyeva-2/#. Dr.Mədinə Abdullayevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti