...

Azərbaycanda sürüşmə zonaları ilə bağlı son vəziyyət açıqlandı

Cəmiyyət Materials 17 Fevral 2023 12:02 (UTC +04:00)
Azərbaycanda sürüşmə zonaları ilə bağlı son vəziyyət açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mövsümi xarakterli atmosfer çöküntülərinin intensivliyinin artması cənub bölgəsində lokal sürüşmə zonalarının aktivləşməsinə səbəb olub.

Bunu Trend-in sorğusuna cavab olaraq Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, əsasən Lənkəran və Lerikdə lokal sürüşmə zonalarının aktivləşdiyi müşahidə olunub.

"Bizə daxil olan müraciətlər əsasında həmin ərazilərdə monitorinqlər keçirilib, müvafiq ekspert rəyləri hazırlanaraq müvafiq orqanlara təqdim olunub. Mütəmadi olaraq ölkə ərazisində sürüşmə zonalarının monitorinqi aparılır. Bakı şəhərində bugünə olan məlumata görə ümumilikdə sürüşmə zonalarında ciddi aktivləşmə qeydə alınmayıb. Lakin Nübar yaşayış massivində və Masazır sahəsində zəif dinamik aktivləşmə müşahidə olunur. Amma təhlükəli sürüşmə prosesi qeydə alınmayıb. Ölkə ərazisində 99 lokal sürüşmə sahəsinin 42-i monitorinqlərimizə cəlb olunub. Hazırda ölkə ərazisində sürüşmə zonaları ilə bağlı durum stabildir.", - deyə xidmət rəisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti