...

İncəsənət Gimnaziyasında Beynəlxalq Ana Dili Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2023 12:27 (UTC +04:00)
İncəsənət Gimnaziyasında Beynəlxalq Ana Dili Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası bu günü qeyd edib. Belə ki, gimnaziyanın 2C sinif şagirdləri bu günə dair proqram hazırlayaraq dilimizə daxil olan yad ünsürlərdən necə qorumaq lazım olduğunu izah ediblər.

Sinif rəhbəri Nərmin Teymurova uşaqlara dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu izah edib:

“Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Son illər kütləvi informasiya vasitələrində, reklam və afişalarda tez-tez dilimizin normaları pozulur, dilimizə yad ünsürlər daxil olur. Biz bunları bilməliyik ki, gələcəkdə öz dilimizə sahib çıxmağı bacaraq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti