...

Abşeronda göllərin 90-95 faizi idarəolunmayan tullantı sularının hesabına formalaşır - Mirsalam Qənbərov

Cəmiyyət Materials 21 Fevral 2023 17:26 (UTC +04:00)
Abşeronda göllərin 90-95 faizi idarəolunmayan tullantı sularının hesabına formalaşır - Mirsalam Qənbərov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşerondakı göllərin 90-95 faizi idarəolunmayan tullantı sularının hesabına formalaşır.

Trend-in məlumatına görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Abşeron göllərinin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib.

O bildirib ki, həmin göllərin reabilitasiyasının aparılması üçün, ilk növbədə, onlara axıdılan tullantı sularının qarşısı alınmalıdır: "Əgər bir gölün reabilitasiyası məqsədilə keçirilən tədbirlə yanaşı, tullantı suları da həmin gölə axıdılacaqsa, görülən işlərin heç bir nəticəsi olmayacaq. Tullantı sularının qarşısının alınması və mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması məsələnin bir tərəfidir. Digər yandan, həyata keçiriləcək tədbirləri gözləmədən tullantı sularının faydalı iş əmsalını artırmaq da olar. Həmin sulardan mövcud və salınacaq yaşıllıqların suvarılmasında istifadə etmək mümkündür. Bunun üçün modul tipli təmizləyici qurğu qoyula və suyu normativlərə uyğun təmizləyib istifadə edə bilərik. Ümumiyyətlə, görülən tədbirlər iqtisadi və ekoloji baxımdan səmərəli olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti