...

Bakıdakı atışmada yaralananların vəziyyəti açıqlandı: biri əməliyyat olunub

Cəmiyyət Materials 10 Mart 2023 17:06 (UTC +04:00)
Bakıdakı atışmada yaralananların vəziyyəti açıqlandı: biri əməliyyat olunub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir. 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Bu barədə TƏBİB-dən Trend-ə bildirilib.

"Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün paytaxtın Nəsimi rayonu ərazisində atışma baş verib. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti