...

İlin sonuna qədər Şuşada 23 yaşayış binasının tikintisi başa çatacaq - Nicat İsgəndərov

Cəmiyyət Materials 11 Mart 2023 11:43 (UTC +04:00)
İlin sonuna qədər Şuşada 23 yaşayış binasının tikintisi başa çatacaq - Nicat İsgəndərov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada tikinti-quruculuq işləri davam etdirilir. Bu ilin sonuna qədər Şuşada 450 mənzildən ibarət 23 yaşayış binasının inşası başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.

O bildirib ki, bu ilin sonuna kimi Şuşa sakinləri həmin binalardakı mənzillərə köçürüləcək: "Tikilən binaların hamısında Şuşa şəhərinin mədəni irsi,tarixi də qorunur və şəhərin memarlıq üslubuna uyğun inşa olunur. Şuşalıların böyük qayıdışı planına əsasən bu ilin sonuna qədər ilk qrup Şuşa şəhərinə qayıdacaq".

Xidmət direktoru bildirib ki, paralel olaraq şəhər ərazisində iaşə obyektləri də inşa olunur: "Hazırda Şuşada "Xarı Bülbül" və "Qarabağ" hotelləri fəaliyyət göstərir. Bundan başqa, "Xarı Bülbül" hotelinin ikinci korpusu və "Yeni Şuşa" hotelinin inşası davam etdirilir. Eyni zamanda Şuşada yerli investorlar hesabına 10 yeni iaşə obşetki inşa edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti