...

İrandan idxal edilən portağal və bibər məhsullarında zərərli orqanizm aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2023 13:04 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, idxalatçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində İran İslam Respublikasından idxal olunmuş “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru“ MMC-yə məxsus 21 100 kq portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.

Verilmiş qərarlara əsasən, Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti