...

Azərbaycanda son sutka ərzində 197 nəfər vaksinasiya olunub

Cəmiyyət Materials 18 Mart 2023 00:37 (UTC +04:00)
Azərbaycanda son sutka ərzində 197 nəfər vaksinasiya olunub

Bakı. Trend:

Azərbaycanda son sutka ərzində 197 nəfər vaksinasiya olunub.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 33 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 73-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 952 477 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti