...

Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirildi

Cəmiyyət Materials 23 Mart 2023 11:06 (UTC +04:00)
Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirildi

Bakı. Trend:

Əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, prodüser Oqtay Əliyev bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Daha əvvəl onun Mehdiabad qəbiristanlığında torpağa tapşırılacağı bildirilirdi.

Xatırladaq ki, O.Əliyev ötən gün yol qəzasında dünyasını dəyişib. Hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib.

"SOY Production"un baş direktoru O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti