...

Azərbaycanda son sutkada 19 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 23 Mart 2023 21:50 (UTC +04:00)
Azərbaycanda son sutkada 19 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 829 303 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 969 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 181 nəfərdir.

Ölkədə son sutka ərzində 440, hazırkı dövrədək isə 7 551 235 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti