...

Yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb

Cəmiyyət Materials 28 Mart 2023 17:34 (UTC +04:00)
Yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İordaniya Haşimilər Krallığının Amman, İrbid, Karak əyalətlərində və Qazaxıstan Respublikasının Karağandı vilayətində dabaq, Amerika Birləşmiş Ştatlarının Minnesota, Merilend, Texas ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, həmin ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, dabaq və yüksək patogen quş qripi xəstəliklərinə görə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti