Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 8677 nəfə cəlb edilib.
Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “İllik Hesabat”ında qeyd edilib.
Onlardan 16-18 yaş 13 nəfər, 18-25 yaş 601 nəfər, 26-29 yaş 1439 nəfər, 30 yaş və ondan yuxarı isə 6624 nəfər təşkil edir. Həmin şəxslərdən 8446-sı kişi, 231-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 99 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 99 xarici ölkə vətəndaşından 48-i İran İslam Respublikası, 19-u Rusiya, 15-i Türkiyə, 10-u Gürcüstan, 2-si Ukrayna, 2-si Turkmenistan, 1-i Qazaxıstan, 1-i Pakistan və 1-i Maldiv vətəndaşı olub.