...

Qatarda iki qadının davası ilə bağlı yayılan video Bakı metrosuna aid deyil - DİN

Cəmiyyət Materials 4 Aprel 2023 10:56 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda metrostansiyaların birində iki qadın arasında mübahisə yaranması ilə bağlı əlaqələndirilən video barədə açıqlama verib.

DİN-dən Trend-ə verilən məlumatda bildirilir ki, hadisə Bakı metropoliteninin stansiyalarında qeydə alınmayıb.

"Bu görüntülər Bakı metropolitenində qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti