...

Azərbaycanda son sutkada koronavirusa 85 yeni yoluxma faktı qeydə alınıb

Cəmiyyət Materials 4 Aprel 2023 16:31 (UTC +04:00)
Azərbaycanda son sutkada koronavirusa 85 yeni yoluxma faktı qeydə alınıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 85 yeni yoluxma faktı qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məumata görə, son sutkada COVID-19-dan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 955 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, 10 189 nəfər vəfat edib, aktiv xəstə sayı 456 nəfərdir.

Ölkədə son sutka ərzində 1 353, hazırkı dövrədək isə 7 562 699 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti