...

Autizmlə bağlı maarifləndirici tədbir təşkil olunub (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2023 17:48 (UTC +04:00)
Autizmlə bağlı maarifləndirici tədbir təşkil olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Autizm barədə məlumatlandırma aylığı çərçivəsində tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Cavid-Əbdul Qədirov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev və tədbir iştirakçıları Mərkəzdə sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin təlim və yaradıcılıq prosesini izləyib, əl işləri ilə tanış olublar. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Birgə və Sağlam İctimai Birliyi, Narınc Psixologiya Mərkəzi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkil etdiyi tədbirdə dünyada və ölkəmizdə autizmlə bağlı vəziyyət, autizm spektr pozuntusu olan şəxslərin reabilitasiyası istiqamətində zəruri tədbirlərdən danışılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Nigar Məmmədova bir ildən artıq müddətdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış bu unikal məkanda autizm sindromlu uşaq və yeniyetmələrin yaradıcılıq imkanlarının aşkarlanaraq, inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söhbət açıb. Qeyd olunub ki, Mərkəzdə bu kateqoriyadan olan şəxslərə fərdi inkişaf planı əsasında psixoloji, loqopedik, pedaqoji dəstək göstərilir. Tədbirdə Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova “Autizm spektr pozuntusu olan uşaqlara erkən müdaxilə proqramının faydası” mövzusunda təqdimat edib. Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, autizm spektrli şəxslərin valideynləri çıxış edərək, sözügedən istiqamətdə təcrübələrini bölüşüblər.

Tədbirdə həssas qruplardan olan istedadlı şəxslərin iştirakı ilə bədii hissə təqdim olunub. Mərkəzin foyesində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti