...

Azərbaycanda ölüm səviyyəsi azalıb

Cəmiyyət Materials 17 Aprel 2023 12:24 (UTC +04:00)
Azərbaycanda ölüm səviyyəsi azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin ilk iki ayı ərzində Azərbaycanda 11191 ölüm halı qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb.

Qeyd edək ki, ötən il ölkədə 60810 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə ölənlərin sayı 7,7-dən 6,0-a qədər azalmışdır. Ölənlərin 1925 nəfəri (3,2 faizi) 0-17 yaşda, 6387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15815 nəfəri (26,0 faizi) 50-64 yaşda, 36683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti