...

Türkiyədə 25 kubmetrə qədər qaz əhaliyə ödənişsiz veriləcək

Cəmiyyət Materials 20 Aprel 2023 09:48 (UTC +04:00)
Türkiyədə 25 kubmetrə qədər qaz əhaliyə ödənişsiz veriləcək

Bakı. Trend:

Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, beləliklə Türkiyə dövləti hər evin 130 lirəlik təbii qaz ehtiyacını qarşılayacaq.

Məlumata əsasən, 2026-cı ilə qədər daha 299 yaşayış məntəqəsinə təbii qazın verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasiminin keçiriləcəyi gözlənilir.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbii qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti