Bakı. Trend:
Bakı metropoliteninin 2 yerüstü stansiyasının rəisi vəzifəsindən azad edilib.
Bu barədə Trend-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, "Bakmil" və "Xocəsən" stansiyalarının rəisləri tutduqları vəzifədən azad ediliblər.
Bu barədə "Bakı Metropoliteni"QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov əmrlər imzalayıb.
Sədrin əmrləri ilə həmin şəxslər xidmət daxilində yeni vəzifələrə təyin olunub.