Bakı. Trend:
Bakı metropoliteninin 24 stansiyasının rəisləri dəyişdirilib.
Bu barədə Trend-ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hazırda fəaliyyətdə olan 27 metro stansiyasının yalnız bir stansiyanın rəisi əvvəlki vəzifəsində qalıb: "24 stansiyanın rəislərinin yerdəyişməsi aparılıb. Məqsəd stansiya rəislərinin bütün stansiyalarda bələd olması və işi daha yaxşı mənimsəməsidir. Artıq yeni stansiya rəisləri vəzifələrinin icrasına başlayıb".