...

Muğannı-İsmayıllı-Qəbələ layihəsində yaşıllıqlara ziyan vurulmamasına xüsusi diqqət yetirilib - Kamran Əzizov

Cəmiyyət Materials 27 Aprel 2023 16:06 (UTC +04:00)
Muğannı-İsmayıllı-Qəbələ layihəsində yaşıllıqlara ziyan vurulmamasına xüsusi diqqət yetirilib - Kamran Əzizov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Muğannı-İsmayıllı-Qəbələ layihəsində yaşıllıqlara ziyan vurulmamasına xüsusi diqqət yetirilib.

Trend-in məlumatına görə, bunu bu gün Muğannı-İsmayıllı-Qəbələ yoluna mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov deyib.

Onun sözlərinə görə, ərazidə tunellərdən, alternativ yollardan istifadə edilir ki, yaşıllıqlara minimum dərəcədə az ziyan dəysin:

"Müvafiq qurumlarla birgə layihə dəyərləndirilib, köçürülməsi mümkün olan ağaclar köçürüləcək, köçürülməsi mümkün olmayan ağacların əvəzinə daha çox ağacların əkilməsi planlaşdırılır. Çəkilən tuneldən ona görə istifadə edilib ki, 3 hektar yaşıllıq ərazisinə ziyan dəyməsin".

Xəbər lenti

Xəbər lenti